Litvanın Klaypeda şəhərində polis əməkdaşı rüşvət kimi təklif olunan BMW markalı avtomobil, ev və Türkiyədə istirahətdən imtina edib. Təklif edilən rüşvətin ümumi dəyəri 35 min avrodur və bu yerli polisin tarixindən ən böyük həcmli rüşvət hesab olunur.
Klaypeda dairəsinin kriminal polisinin mütəşəkkil cinayətkarlıqla mübarizə idarəsinin rəisinə bu rüşvəti iki qadın təklif edib. Bunun müqabilində polis rəisi narkotiklərin yayılması işinin araşdırılmasına qanunsuzluğa yol verməli idi.
Lakin polis qadın buna razılaşmayıb və Bələdiyyə xidmətinə müraciət edib. Faktla bağlı cinayət işi açılıb.
Rüşvəti təklif edən qadınları isə 7 ilə qədər həbs cəzası gözləyir.
Fizzə
Oxunub: 942