İlk dəfə sanksiyaların tətbiq edildiyi 2014-cü ildən bəri bir zavod belə tikilməyib
Rusiya MDB ölkələri ilə vahid iqtisadi məkanı bölüşür, ona görə də Qərbin sanksiyaları bütün MDB ölkələrində hiss olunacaq.
Bu barədə Rusiya Dövlət Dumasının İqtisadi siyasət komitəsinin sədr müavini Nikolay Arefyev danışıb.
Deputat vurğulayıb ki, Rusiyada ilk dəfə sanksiyaların tətbiq edildiyi 2014-cü ildən bəri bir zavod belə tikilməyib, bir yüksək texnologiyalı istehsala başlanılmayıb: “Yalnız silah istehsal edirik”
N.Arefyev istehsal gücləri olmadığından hazırda ölkədə işsizlik səviyyəsinin 40 faiz civarında olduğunu söyləyib.
Oxunub: 274