Sinoptiklərin proqnozlarına görə, avqustun 9-u Azərbaycanda bu yayın ən isti günü olacaq. Belə ki, Bakıda və Abşeronda cənub-şərq küləyi əsəcək və gündüz temperatur +42 dərəcəyə qədər yüksələcək. Gecə +28 dərəcəyə qədər isti olacaq.
Çimərliklərdə suyun temperaturu da rekord həddə – yarımadanın cənub sahillərində +31 dərəcəyə, şimal sahillərində isə +29 dərəcəyə çatacaq.
Ölkənin rayonlarında da yağıntı gözlənilmir. Aran rayonlarında temperatur +43 dərəcəyə qədər yüksələcək, dağlıq rayonlarda +34 dərəcəyə qədər isti olacaq.
Oxunub: 510