Çərşənbə axşamı günü Türkmənistan prezidentinin Bakıya səfəri Transxəzər qaz kəməri layihəsi barədə məsələni yenidən gündəmə gətirib.
Xəzər dənizi üzərindən Qərb istiqamətində kəmərin çəkilməsilə bağlı planlar Rusiya və İranın etirazı ilə üzləşir. Kreml dəfələrlə bildirib ki, bu cür layihə iki Xəzəryanı dövlət arasında çəkilsə də, onun inşası və istismarının fəsadları bütün Xəzəryanı dövlətlərə öz təsirini göstərə bilər.
ABŞ və Avropada hesab edirlər ki, Transxəzər qaz kəmərinin reallaşması Türkmənistan və Azərbaycanın razılığı əsasında həll olunmalıdır.
Lakin görəsən Türkmənistanla Azərbaycanın bu barədə fikirləri üst-üstə düşürmü?
İlham Əliyev niyə “qaz“ demədi?
Cənab Berdimuhammedov Bakıda ikən, çərşənbə axşamı iki ölkə arasında”energetika sahəsində əməkdaşlığın gələcək inkişafı haqqında” anlaşma memorandumu imzalanıb.
Onun özü təkbətək görüşdə energetika sahəsində əməkdaşlıqdan danışsa da, azərbaycanlı həmkarı İlham Əliyev bu barədə bir kəlmə də deməyib.
Oxunub: 374