Yay mövsümü ilə əlaqədar bölgələrə istirahətə gedənlər artıb. Vətəndaşların bir qismi rayonlara öz şəxsi avtomobili ilə üz tutur. Bakıda il boyu tıxacda avtomobil sürməyə alışan sürücülər magistral yolda istər-istəməz sürəti bir qədər artırır. Yüksək sürət radarla yanaşı, qəza riskini də artırır. İnzibati Xətalar Məcəlləsinə əsasən müəyyən edilən sürət həddini aşan sürücüləri 10 manatdan 250 manata qədər cərimə, 2-4 cərimə balı gözləyir.
İXM-nin maddələri |
Qayda pozuntuları |
İXM-nə əsasən cərimənin miqdarı |
Cərimə balı |
328.1. |
Yolda müəyyən edilmiş hərəkət sürətini 10-20 km/saat həddində aşmağa görə |
on manat |
– |
328.2. |
Yolda müəyyən edilmiş hərəkət sürətini 21-40 km/saat həddində aşmağa görə |
əlli manat |
2 bal |
328.3. |
Yolda müəyyən edilmiş hərəkət sürətini 41-60 km/saat həddində aşmağa görə |
yüz əlli manat |
3 bal |
328.4. |
Yolda müəyyən edilmiş hərəkət sürətini 61 km/saat həddindən artıq aşmağa görə |
iki yüz əlli manat |
4 bal |
Oxunub: 362