Fərdi kitab ticarəti ilə məşğul olan Qurban Məmmədli avqustun 11-də Park Bulvar Ticarət Mərkəzinin ikinci mərtəbəsində yardım aksiyası keçirib. Məqsəd onkoloji xəstəlikdən əziyyət çəkən anası üçün vəsait toplamaqdır.
Gələn həftə İranda keçiriləcək əməliyyat üçün 5 min dollar lazımdır.
Q.Məmmədli ianə qəbul etmir və bunu vətəndaşların əksəriyyətinin maddi durumunun pis olması ilə əlaqələndirir.
“Mənim işim kitab satmaqdır. Mən kitab satıram, eyni zamanda da əməliyyat üçün pul toplayıram”, – o bildirib.
Q.Məmmədli artıq 1000 dollar toplayıb. O ümid edir ki, üçgünlük aksiya ərzində qalan məbləği də toplayacaq.
Oxunub: 100