Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycana 748,6 mln. ABŞ dolları dəyərində yeyinti məhsulları idxal olunub.
Dövlət Gömrük Komitəsinin məlumatına görə, yeyinti məhsullarının idxalında illik müqayisədə 6,6% artım qeydə alınıb.
Hesabat dövründə ət idxalı 2,2 dəfə artaraq 39,398 mln. dollar, süd 57,5% artaraq 6,684 mln. dollar, kərə yağı və süddən hazırlanmış digər yağlar 28,8% artaraq 40,364 mln. dollar, çay 17,7% artaraq 27,218 mln. dollara, şəkər 28,4% artaraq 99,112 mln. dollara çatıb. Bu müddətdə buğda idxalı 35,4% azalaraq 96,221 mln. dollar, meyvə-tərəvəz 0,08% azalaraq 81,204 mln. dollar təşkil edib.
Azadlıq.info
Oxunub: 36