Qaradağ rayon məhkəməsi Nardaran hadisələri ilə əlaqədar 20 il azadlıqdan məhrum edilmiş Abbas Hüseynin işgəncə şikayətinə baxmaqdan imtina edib.
Bu haqda Azadlıq Radiosu-na vəkil Yalçın İmanov məlumat verib.
Vəkil bildirib ki, məhkəmə şikayəti icraata götürməyib. Qərarı da bu cür şikayətlərə məhkəmə nəzarəti qaydasında baxılmaması ilə əsaslandırıb.
Məhkəmənin bu qərarını qanunsuz və əsassız sayan Yalçın İmanov apellyasiya şikayəti verib.
Oxunub: 132