Qazax rayon sakini qardaşının arvadını çəkiclə döyərək xəsarət yetirib.
“ARB TV” xəbər verir ki, hadisə rayonun Birinci Şıxlı kəndində baş verib.
Belə ki, kənd sakini, 36 yaşlı Valeh Qurban oğlu Əhmədov öz qardaşı arvadı Ceyhunə Elşən qızı Həsənovanın başına çəkiclə bir neçə zərbə vuraraq onu öldürməyə cəhd edib və evi yandırıb. Ağır xəsarət alan qadın xəstəxanaya yerləşdirilib.
O, polis tərəfindən saxlanılaraq istintaqa təhvil verilib. Faktla bağlı araşdırma aparılır.
Oxunub: 250