Rusiyanın Nijni Novqorod şəhərində yerləşən meyvə-tərəvəz bazarında avqustun 16-da baş vermiş kütləvi əlbəyaxa davaya görə azərbaycanlılar yolu bağlayıb.
Virtualaz.org Rusiya mənbələrinə istinadən xəbər verir ki, dava azərbaycanlılarla Orta Asiya respublikalarından olanlar arasında olub. Hər iki tərəfdən davada onlarla bazar alverçisi iştirak ediblər. Xəsarət alanlar var.
Davaya OMON müdaxilə edib, onlarla adam saxlanılıb. 20-dən çox dava iştirakçısı hələ də polisdədir. Xəbər verilir ki, azərbaycanlılar küçəyə çıxaraq yolu bağlayıb və Orta Asiyadan olanların bazardan çıxarılmasını tələb edib. OMON onlara müdaxilə edərək yolu açıb. Bazar isə hazırda bağlıdır. Kütləvi davanın səbəbi haqda məlumat verilmir
Oxunub: 532