Terrorçulardan ikisi saxlanılıb, biri polis tərəfindən qətlə yetirilib.
Terror hadisəsinə görə məsuliyyəti İŞİD terror təşkilatı öz üzərinə götürüb. Bu barədə məlumatı terror təşkilatına yaxın olan Amaq agentliyi yayıb.
***
RTVE və Fox News-nin məlumatına görə, terrorçu avtomobili polis əməkdaşlarının üzərinə sürüb.
***
Barselonada terror törədilməsində şübhəli bilinən Driss Oukabir həbs olunub. Xəbəri öz Tvitter səhifəsində Newsweekin ispan versiyası yayıb.
***
İspaniyanın Barselona şəhərində naməlum sürücü idarə etdiyi mikroavtobusu kütlənin üzərinə sürüb.
Las Ramblas turizm bölgəsində baş vermiş hadisə nəticəsində ölənlər və yaralananlar var.
İspaniyanın El Pais qəzeti 13 nəfərin öldüyü və 80-dən çox yaralının olduğunu bildirir.
Sürücünün hadisə yerindən qaçdığı, bölgədəki bütün metro və qatar stansiyalarına giriş-çıxışların bağlandığı qeyd olunub.
Hadisənin terror olub olmadığı barədə heç bir rəsmi açıqlama yoxdur.
Bu hadisənin ardından, iki silahli şəxsin bir Türk restoranına hücüm etdiyi deyilir.
Боль. Подруга из Барселоны прислала.#теракт#барселона
Publicerat av Alena Antonova den 17 augusti 2017
azadliq.info
Oxunub: 734