Göygöldə həyat yoldaşını və qaynanasını qətlə yetirən Əliyev Zaur Adil oğlu könüllü olaraq polisə təslim olub.
“Report” xəbər verir ki, öldürülən şəxslərin kimliyi də məlum olub. Bunlar 1989-cu il təvəllüdlü Əliyeva Günel Vilayət qızı və onun anası 1964-cü il təvəllüdlü Əliyeva Minayədir.
***
Göygöl rayonunda iki qadın amansızlıqla qətlə yetirilib.
Onlardan biri başı kəsilərək öldürülüb, digərinə isə müxtəlif dərəcəli bədən xəsarətləri yetirilib.
Təcili tibbi yardım briqadası hadisə yerinə gələrkən hələ həyatda olan yaralı qadın xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
Azadliq.info
Oxunub: 416