ABŞ-ın vitse-prezidenti Mayk Pens bildirib ki, Vaşinqton Venesuelada demokratiyanı bərpa etmək üçün bütün mümkün vasitələrə əl atacaq.
Pensin sözlərinə görə, prezident Donald Tramp da Birləşmiş Ştatların Venesuelanın diktaturaya necə yuvarandığına seyrçi qalmayacağını bəyan edib.
Vitse-prezidentin fikrincə, Venesula dövlətinin kollaps vəziyyətində olması ABŞ xalqının da təhlükəsizliyinə təhdid yaradır.
Venesuelada əhali uzun müddətdən bəri prezident Maduroya qarşı aksiyalar keçirir. Onlar prezidenti Venesuelada diktatura rejimi qurmaqda və ölkəni iqtisadi böhrana sürükləməkdə ittiham edirlər. Maduro isə nümayişçiləri terrorçu adlandırır, aksiyaları isə ABŞ-ın təşkil etdiyini bildirir.
Gültəkin
Oxunub: 854