Dövlət Gömrük Komitəsi xəbər verir ki, 2017-ci ilin ilk 7 ayı ərzində Azərbaycandan 11 413 914 ton xam neft ixrac olunub. Bu, 2016-cı ilin ilk 7 ayı ilə müqayisədə 39,7% azdır.
Ötən ilin anoloji dövründə 18 924 086 ton xam neft ixrac olunmuşdu. Müqayisə olunan dövrdə ixrac olunmuş xam neftin statistik dəyəri isə 5 milyard 543 milyon 574 min dollardan 4 milyard 429 milyon 770 min dollara düşüb (20% azalıb).
Azadliq.info
Oxunub: 150