Baş Prokurorluq Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini Gözəl Bayramlı və jurnalist Əfqan Muxtarlı barəsində həbs müddətinin artırılmasını istəyir.
Vəkil Elçin Sadıqov AzadlıqRadiosu-na bildirib ki, prokurorluq bununla bağlı məhkəməyə təqdimatla müraciət edib.
Həbs müddətinin uzadılması barədə vəsatətə Nəsimi Rayon Məhkəməsində baxılacaq. Hər iki təqdimat üzrə proses sabah, avqustun 17-də keçirilməlidir.
Hər iki təqdimata hakim Babək Pənahov baxmalıdır.
Hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan G.Bayramlı və Ə.Muxtarlı barəsində ilkin olaraq 3 aylıq həbs qəti imkan tədbiri seçilib.
Oxunub: 212