Səudiyyə Ərərbistanı bu aydan etibarən Qətərdən Məkkəyə Həcc məqsədilə getmək istəyən şəxslər üçün sərhədini açacaq, Səudiyyə dövlət mediası bildirib.
Səudiyyə Ərərbistanın qərarı, Qətərlə iyun ayında əlaqələrini kəsdikdən sonra iki ölkə arasında ilk yüksək səviyyəli görüşdən sonra verilib.
Səudiyyə Ərərbistanı ilə birgə Qətərlə əlaqələri kəsən Misir, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Bəhreyn Qətəri terroru dəstəkləməkdə təqsirləndirirlər. Qətər bu iddiaları rədd edir.
Sərhədinin bağlanması, 2,7 milyon əhalisi olan Qətəri bütün ərzaq mallarını hava və su yolu ilə idxal etməyə məcbur edib.
Saudi Press Agency-nin yaydığı bəyanatda bildirilir ki, Həccə gedənlər Salva sərhəd keçidindən elektronik keçid sənədi olmadan keçə biləcəklər. Onların həmçinin, Səudiyyə Ərəbistanının aeroportlarında da qəbul olunacaqları deyilib.
Keçən ay, Səudiyyə Ərərbistanı Həccə getmək istəyən qətərlilərin bəzi məhdudiyyətlərlə üzləşəcəklərini bildirmişdi. Bu xəbərdarlığa cavab olaraq Qətər Səudiyyəni Həcci siyasiləşdirməkdə təqsirləndirmiş və Birləşmiş Millətlər Təşkilatının (BMT) din azadlığı üzrə xüsusi məruzəçisinə şikayət etmişdi.
Lakin Səudiyyə Ərərbistanının şahzadəsi vəliəhd Məhəmməd ibn Salman əl Saud və Qətər şeyxi Abdullah ibn Əli ibn Abdullah ibn Cassim əs-Sani arasında görüşdən sonra Səudiyyə Ərəbistanı mövqeyini dəyişib.
Buna baxmayaraq, Qətər və ona qarşı birlikdə sanksiyalar tətbiq edən dördlük arasındaki qalmaqal hələ də davam edir.
Çərşənbə günü Bəhreynin dövlət televizia kanalı 2011-ci il anti-hökumət etiraz aksiyalarının arxasında Qətərin Bəhreyn müxalifətinə dəstəyinin olduğunu iddia edib.
BBC Azərbaycanca
Oxunub: 74