Avro Bölgəsində istehlakçı qiymətləri indeksi, İyul ayında əvvəlki ayla müqayisədə 0.5 faiz düşüb (deflyasiya). İqtisadçılar da 0,5% deflyasiya gözləyirdilər.
Bölgədə istehlakçı qiymətləri, əvvəlki ilin eyni dövrü ilə müqayisədə isə 1.3 faiz yüksəlib.
Məlumat, Avropa Mərkəzi Bankının Cümə günü nəşr etdirəcəyi son iclas protokollarının ərəfəsində açıqlanıb. İnvestorlar, 15:30-da açıqlanacaq protokolları gözləyir.
Avro Bölgəsində baza inflyasiya isə, İyul ayında əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1.2%-lik bir artım qeyd edib.
Məlumatın açıqlanmasından sonra Avro ucuzlaşıb. Qiymətlərin artmaması Avropa Mərkəzi Bankının da faiz artırmağa başlamasını təxirə salması ilə nəticələnə bilər.
Oxunub: 194