Teleradio məkanında danışıq zamanı vurğulara riayət edilməməsi ədəbi tələffüzə xələl gətirən amillərdəndir. Bu hal daha çox mürəkkəb və alınma sözlərdə vurğunun yerinin düzgün təyin edilməməsi, çoxhecalı sözlərdə və söz birləşmələrində dinamik vurğunun qarşılaşdırılması şəklində müşahidə olunur.
Bu barədə məlumat teleradio məkanında ədəbi dil normalarına riayət edilməsi ilə bağlı aparılan monitorinqlərin nəticələri ilə bağlı hesabatda əks olunub. Hesabatda bildirilir ki, ən çox rast gəlinən nitq qüsurlarından biri də sintaqmlara düzgün riayət olunmamasıdır. Nitqin fonetik parçalarının yanlış intonasiya ilə oxunması fikir dolaşıqlığı və məntiqsizlik yaradır. Belə ki, nitq axınında əmələ gələn yersiz pauzalar dinamikliyi ləngidir.
Milli Televiziya və Radio Şurası “Azərbaycanın teleradio məkanında ədəbi dilin qorunması» ilə bağlı monitorinqin nəticələri əks olunmuş hesabat hazırlayıb.
Hesabat göstərir ki, Şuranın başlıca qayğısı teleradio məkanında yayılan proqramların məzmunu deyil, vurğulara düzgün əməl edilməsidir.
Oxunub: 160