Moldovada dövlət idarələrində işçilərin sayı 50 faizə qədər azaldılıb.
Bu barədə Moldova hökuməti qərar çıxarıb. Baş nazir Pavel Filippin sözlərinə görə, bu ixtisarlar dövlət idarələrində çalışan digər işçilərin əmək haqlarının artmasına səbəb olacaq.
Baş nazir hesab edir ki, aparılan islahatlar mərkəzi icra orqanlarının işinin səmərəliliyinə təsir edəcək. O, yerli icra strukturlarını da bu cür islahatlar aparmağa çağırıb.
Oxunub: 128