Göyçay şəhər Dövlət İdarəetmə və Texnologiya Kollecinin müəllimi intihar edib. 1984-cü il təvəllüdlü Həmidov Hüseyn Maarif oğlu bu gün səhər yaşadığı evin həyətində özünü kəndirlə asıb. İntiharın səbəbi məlum deyil.
Fakt üzrə rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
H. Həmidov 1 uşaq atası idi. O, Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinin direktoru Xəlil Orucovun bacısı oğludur.
Lent.az saytı 33 yaşlı müəlliminin intiharı ilə bağlı bəzi detalları dərc edib. Saytın yazdığına görə, H.Həmidov daha əvvəl rayondakı kredit təşkilatlarından birində işləyib. Onun kredit verdiyi bir çox insanın borcunu vaxtında ödəyə bilməməsi səbəbindən H.Həmidovun şirkətə külli miqdarda borcu qalıb və bu səbəbdən mütəmadi olaraq narahatlıqlar baş verirmiş. Daha sonra dayısının rəhbərlik etdiyi kollecdə müəllim işləməyə başlayan Hüseyn burada xanım tələbələr ucbatından problem yaşayıb. Onun tələbələrlə dostluq münasibəti ailədə söz-söhbətə səbəb olub və kollecdə işləyən həyat yoldaşı evi tərk edib. Bu səbəbdən 33 yaşlı H.Həmidov depressiyaya düşüb və həyatına son qoyub.
Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
Oxunub: 412