ABŞ-ın dəniz piyadaları korpusunun əsgərləri Gürcüstana gəlib. Onlar NATO-nun Gürcüstanda keçiriləcək “Agile Spirit 2017” (“Çevik ruh”) çoxmillətli hərbi təlimlərində iştirak edəcəklər.
Bu barədə Gürcüstan Müdafiə Nazirliyi məlumat yayıb.
Təlimlər 3-11 sentyabr tarixində Orpolo hərbi poliqonu və leytenant Şota Xurtsidze adına tank qoşunları mərkəzində təşkil olunacaq. Təlimlərdə Gürcüstan və ABŞ hərbçiləri ilə yanaşı, Bolqarıstan, Latviya, Rumıniya, Ukrayna və Ermənistan hərbçiləri də iştirak edəcək. Təlimlərin keçirilməsində məqsəd ABŞ qüvvələri ilə NATO-nun üzv və tərəfdaş ölkələrinin hərbçiləri arasında qarşılıqlı əlaqənin inkişaf etdirilməsi, müdafiə və hücum əməliyyatları üzrə biliklərin artırılması və regionda təhlükəsizliyin təmin olunmasıdır.
Oxunub: 410