Mehman Əliyevin həbsinə görə məsuliyyət daşıyanların ABŞ-a girişi yasaqlanır
“Turan” agentliyinin direktoru Mehman Əliyevin həbsinə görə Azərbaycan hakimiyyətinə təzyiqlər artamqdadır. Bununla bağlı ABŞ Senatında Azərbaycan rəsmilərinə sanksiya məsələsi gendəmə gəlib.
ABŞ senatoru Dik Durbin belə bir təşəbbüslə çıxış edib ki, Mehman Əliyevin həbsinə görə məsuliyyət daşıyan rəsmilərə sanksiya tətbiq olunsun. O, bununla bağlı sənədi Senata təqdim edib.
Sənədə görə, Mehman Əliyevin həbsində rol oynamış bütün Azərbaycan rəsmilərinə Amerika Birləşmiş Ştatlarına daxil olmaq qadağan edilir. Sanksiya tətbiq olunacaq rəsmiləri müəyyənləşdirmək isə dövlət katibinə tapşırılır.
Sənəd Senatın Xarici Əməliyyatlar və Büdcə Komitəsində müzakirə edilərək, qəbul olunub.
azadliq.info
Oxunub: 2882