Azərbaycan Dövlət YUĞ Teatrı 29-cu mövsümün açılışına hazırlaşır. Kollektiv sentyabr ayının 20-də K.Abdullanın “Bir, iki, bizimki” pyesi əsasında hazırlanmış “Səsimi unutma” tamaşası ilə seyrçilərini salamlayacaq. Tamaşanın quruluşçu rejissoru baş rejissor Gümrah Ömər, quruluşçu rəssamı teatrın baş rəssamı, əməkdar rəssam Rəşid Şerif, musiqi tərtibaşçısı isə Amid Qasımovdur. Tamaşada əməkdar artistlər Məmməd Səfa və Gülzar Qurbanova, aktyorlar Amid Qasımov və Ləman Novruzova çıxış edir. Tamaşa saat 19.00-da başlayacaq.
Teatrda sentyabr ayında “Medeya. Sekvensiya 01”, “Boy”, “Metamorfoza”, və “Sonuncu” tamaşaları nümayiş olunacaq.
YUĞ Teatrı bu mövsümdə Təranə Vahidin “Quş dili”, Qan Turalının “Polkovnikin üç günü”, H.İbsenin “Vahimə” əsərləri əsasında hazırlanan tamaşaları seyrçilərin diqqətinə təqdim etməyi planlaşdırır. Tamaşaların premyerası oktyabr ayına nəzərdə tutulub.
Teatrın sentyabr ayına olan repertuarı:
20.09.17 – “Səsimi unutma” (K.Abdulla)
21.09.17 – “Boy” (T.Əngin)
26.09.17 – “Metamorfoza” (S.Haqverdiyeva)
27.09.17 – “Sonuncu” (Pərvin)
28.09.17 – “Medeya. Sekvensiya 01” (V.Klim)
Oxunub: 98