Konqresmen Steni Oer Turan Agentliyinin direktoru Mehman Əliyevin üzərindən bütün ittihamların götürülməsinə çağırıb.
“Turan agentliyinin direktoru Mehman Əliyevin həbsdən azad edilməsini alqışlayıram. Onu ev həbsindən də azad etmək və bütün ittihamları götürmək lazımdır. Azad və müstəqil mətbuat istənilən demokratiya üçün çox vacibdir”, konqresmen Twitter-də öz akkauntunda yazıb.
İndiyədək bir neçə ABŞ konqresmeni və senatoru Turan agentliyinin direktorunun azadlığa buraxılmasını tələb edib, jurnalistin qanunsuz təqib olunmasını pisləyib.
Senator Durbin M.Əliyevin həbsində və Turan agentliyinə qarşı təqiblərdə əli olan şəxslərə qarşı sanksiyaların tətbiqi barədə qanun layihəsini Senata təqdim edib (amerikaninsesi.org).
Oxunub: 472