Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) gənclərin işləri üzrə naziri Şamma bint Süheyl Faris Al Mazruinin adı dünyada ən gənc nazir kimi Ginnesin Rekordlar Kitabına daxil edilib. BƏƏ KİV-lərinin verdiyi məlumata görə, 22 yaşlı Şamma bint Süheyl Faris Al Mazrui bu vəzifəyə 2016-cı ilin fevral ayında BƏƏ-nin vitse-prezidenti və baş naziri, Dubay hökmdarı şeyx Məhəmməd bin Rəşid Al Maktum tərəfindən təyin olunub.
Al Mazrui Abu-Dabidə doğulub və orada böyüyüb, “New York University Abu Dhabi” Universitetində humanitar elmlər üzrə bakalavr dərəcəsi alıb. BƏƏ hökumət portalının məlumatına görə, gənclərin işləri üzrə nazirə hökumətdə gənclərin mənafelərini təmsil etmək, habelə gəncliyin inkişafına dair strategiya və planlar hazırlamaq, müxtəlif sahələrdə gənclərin potensialından istifadə etmək vəzifələri həvalə olunub.
Oxunub: 1172