“Faytonçu” Nazim (Nazim Pişyari) onu əməliyyatla pis hala salan “Elmed” klinikasının həkimi Elman Əzimov barədə hüquq-mühafizə orqanlarına şikayət edib. Bildirilir ki, artıq müğənni bu barədə prokurorluğa müraciət edib.
Müğənninin vəkili Ceyhun Yusifov bildirib ki, Nazim Pişyari ona dəyən 62 min dollar dəyərində maddi-mənəvi ziyanın ödənilməsi tələbi ilə yaxın günlərdə məhkəmədə iddia qaldıracaq.
“Elmed” klinikasının fəaliyyəti və həkimin səriştəsizliyi barədə hüquq-mühafizə orqanlarına müraciət etmişik. Eyni zamanda, Səhiyyə Nazirliyinə də klinikanın fəaliyyətinin yoxlanılması barədə müraciət ünvanlanacaq. Sənədlər gələn həftə isə məhkəməyə təqdim olunacaq”.
Öd kisəsindən əziyyət çəkən müğənni 4 dəfə əməliyyat olunub, sonda ona onkoloji xəstəliklə bağlı yanlış diaqnoz qoyulub.
Oxunub: 534