2017-ci il avqustun 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1524,9 min nəfər olmuş, onlardan 879,0 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 645,9 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərmişdir. Bu barədə məlumatı Dövlət Statistika Komitəsi yayıb.
2017-ci ilin yanvar-iyul aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 6,9 faiz artaraq 523,1 manat olmuşdur. İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, eləcə də tikinti sahələrində orta aylıq nominal əmək haqqı daha yüksək olmuşdur.
Oxunub: 150