Natiq Güləhmədoğlu
Gəlin, xain olmayaq, dua edək ki Allah bizi idarə edənlərə babat ağıl versin. Çünki, səlahiyyət sahibləri ağıl və dərrakədən əziyyət çəkəndə onların da yükün sadə insanlar daşımalı olur.
Milli Şuranın keçirdiyi mitinqlərdən, ən əsası xalq arasında hörmətli plintusdan da aşağı endiyinə görə hakimiyyət son günlər hədsiz ağılsız təbliğata baş vurub. Saxta profillərlər, saxta qəzet və saytları ilə car çəkirlər ki, mitinqə gələnlərin fotosun çəkəcəklər ki, bilsinlər hakimiyyətə qarşı müxalif mövqeydə dayananlar kimlərdi?
Bunların hələ də ağılları kəsmir ki…
Bir: Mitinqə gedən adamın elə birinci məqsədi etirazçı olduğun NÜMAYŞ etdirməkdir
İki: Mitinqə gedənlərin fotosunu kiməsə çəkdirməyə ehtiyac yoxdur. Çünki, bu işi mitinqçilər peşəkar formada özləri edib, ən müxtəlif şəbəkələrdə paylaşırlar. İndi mitinqdə selfisi olmamaq qüsur sayılır 🙂
Üç: Hakimiyyətdən etirazçıların kimliyin müəyyən eləmək üçün mitinqə getmək də bekarçılıq əlamətdir. Yenə də paxıllıq eləmirəm, gəlin sizə çəmin öyrədim. Gedin istənilən, kənddəki, qəsəbədəki, şəhrdəki ərzaq mağazalarına. Orda satıcıdan “Britaniya ensiklopediyasi”ndan daha həcmli, çox cilidli olan “nisyə dəftəri”n istəyin. Həmin dəftərə, Allahın yumurtasın, qaloşun, hətta kibritin ala bilmədiyinə görə adın yazdıran vətəndaşlar var. Elə bilirsiniz onlar obaşdan şəfəq qaralana qədər sizin əmvatınıza salavat yollayır?
Narazılar tək onlar olsa nə vardı ki? Bizim ölkədə təkcə qabiliyyəti, fiziki imkani yetsə də yoxsulluqdan əziyyət çəkənlər narazı deyil ki. Sizlər imkanı olanların da günün qara gətirmisiniz. Şərinizdən, şantajınızdan, ədalətsizliyindən özünü mədəni insan sayan hər kəs boğaza yığılıb. Düşünürsünüzsə ki, bu narazılığı hədə-qorxu, hərbə zorba ilə yatırmaq olar, çox yanılırsınız.
Bəşər tarixində hələ indiyə qədər dəyənəklə qarının doyduğu, ədalətsizliyin açdığı hansısa yaranın sağaldığını görən olmayıb.
Mənasız məşğuliyyət və çirpinmalarla özünüzü yorunca, 7 oktyabrda səslənən fikirlərə qulağınızı açın yaxşı-yaxşı qulaq asın.
7 okytabrda söz xalqın olacaq. Onu eşidin. Eşitməyənlərin halı çox pis olub.
Oxunub: 770