Avropa İnsan Hüquqları məhkəməsi Real sədri İlqar Məmmədovla bağlı daha bir məsələ üzrə qərar verməyə hazırlaşır.
Bu barədə məlumatı İlqar Məmmədovun vəkili Fuad Ağayev yayıb. Vəkilin yaydığı məlumatda bildirilir ki, Avropa İnsan Hüquqları məhkəməsi İlqar Məmmədovun ikinci ərizəsi üzrə noyabrın 16-da qərarını elan edəcək. Vəkil İkinci ərizənin cinayət işinə baxan Şəki ağır cinayətlər, apellyasiya məhkəmələrində, Ali Məhkəmədə İlqar Məmmədovun hüquqlarının kobud pozulması ilə bağlı olduğunu bildirib.
Avropa İnsan Hüquqları məhkəməsinin İlqar Məmmədovun azadlığa buraxılmasını tələb edən qərarı hələ də yerinə yetirilməyib.
Oxunub: 800