Amerika Birləşmiş Ştatlarının Bakıdakı səfirliyi bildirir ki, azərbaycanlı hakimlər üçün təlim seminarı keçmək üçün ABŞ-ın iki federal hakimi Bakıya gəlib. Sözügedən seminar ABŞ-ın Kommersiya Departamentinin Kommersiya Qanunvericiliyinin İnkişafı Proqramı çərçivəsində oktyabırın 30 və 31-də keçirilib. Azərbaycanın Ədliyyə Akademiyası ilə birgə keçirilən iki günlük seminarda iştirakçıların mubahisələrin alternativ həll olunması sahəsində bacarıqlarının artırılması nəzərdə tutulub. Təlimçilər ABŞ hakimləri Barrington D.Parker və Pol Otkendir. Onlar həmçinin yerli və beynəlxalq biznes və hüquq şirkətlərinin təmsilçiləri və Bakı Dövlət Universitetinin tələbələri ilə görüşəcək.
Kommersiya Departamentinin Kommersiya Qanunvericiliyinin İnkişafı Proqramı Azərbaycanda çoxsaylı proqramlar təqdim olunub. Proqramların məqsədi Azərbaycanda ədliyyə imkanlarının və qanunun aliliyinin inkişafını təmin edərək biznes və investisiyalar üçün daha maraqlı mühitin gücləndirilməsidir.
Azadliq.info
Oxunub: 246