
Ruslan Nəsirli fb səhifəsində bu barədə yazıb:
“25 gündən sonra bütün dostları salamlayıram.İlham Əliyevin “uğurlu” gənclər siyasətinin bir hissəsi də Milli Şuranın ümumxalq mitinqləri öncəsi cəbhəçi gəncləri həbs etdirməkdir.
Cənab Əliyevin bu siyasəti də digərləri kimi iflasa uğrayır.Çünki mitinqlərin iştirak sayını azaltmaq üçün həyata keçirilən bu həbslər heç bir nəticə vermir.Əksinə mitinqlər artan xətt üzrə davam edir.Bu artıq prosesin xalq tərəfindən aparılmaqda olduğunu bir daha sübut edir.
Özümüzə gəldikdə isə bu həbslər, mitinqlər öncəsi gərgin işlərdən sonra əla istirahət şansıdır.Eyni zamanda nisbi azadlıqda olduğumuz zaman vaxt tapıb, oxuya bilmədiyimiz kitabları oxumaq üçün əla şərait var.Bu şəraiti bizə yaratdığı üçün bütün cəbhəçilər adından hakimiyyətə təşəkkür edirəm.
P.s Mən 7 kitab oxuya bildim.Ən çox sevdiyim kitab isə Orxan Pamukun “Qar” romanı oldu.”
Azadliq.info
Oxunub: 166
































