O, Avropa Məhkəməsinin qərarının icrası ilə bağlı prezident aparatına yazır
Araşdırmaçı jurnalist Xədicə İsmayıl Avropa Məhkəməsinin 06 aprel 2017-ci il tarixli qərarının icrası ilə bağlı Prezident Administrasiyasına məktublar yazır. Məktubların yazılmasına səbəbsə Avropa Məhkəməsinin qərarıyla jurnalistə veriləcək kompensasiyanın ödənilməməsidir. Jurnalistə və onun vəkilinə çatacaq 8 min avrodan indiyədək yalnız 1500 avro X.İsmayılın hesabına köçürülüb. Jurnalist qalan məbləğin nə vaxt hesaba köçürüləcəyi ilə bağlı PA-ya yazdığı məktublara cavab ala bilmir. X. İsmayıl Prezident Administrasiyasına 3 məktub yazıb.
Oxunub: 400