Yaxud, Əliyevin səmərəlilik göstəricisi
Bugün Heydər Əliyev Mərkəzində Azərbaycanda iki milyard ton neft hasil olunması münasibətilə təntənəli mərasim keçirilib. Mərasimdə ölkə başçısı İlham Əliyev də iştirak edib və “göz yaşardan” fikirlər səslənidirb.
“Biz “qara qızıl”ı insan kapitalına çevirə bildik. Biz neft gəlirlərimizdən çox səmərəli şəkildə istifadə etdik və bu gün dünya miqyasında bu, xüsusilə qeyd edilir” deyə İlham Əliyev bildirib.
Bəlkə də başqa ölkələrin vətəndaşları üçün bu fikirlər cazibədar görünə bilər. Amma Azərbaycan vətəndaşları bu fikirləri eşidəndə üzlərində acı gülüş peyda olur . Ölkədə minimum əməkhaqqı 116 manatdır, ölkə əhalisinin 2.5 milyon nəfəri kredit bataqlığında çabalayır, onminlərlə ölkə vətəndaşı ailəsini dolandıra bilmək üçün ölkə xaricinə üz tutub, sosial vəziyyətin ağırılığı səbəbindən intiharlar adi hala çevrilib və.s Amma bütün bunlara baxmayaraq ölkə başçısı hesab edir ki, neft gəlirlərindən səmərəli istifadə olunub.
Əgər neft gəlirlərindən səmərəli istifadə olunsaydı milli valyuta 100 faizdən artıq dəyər itirərdimi, kasıb Ermənistan bizdən 500 milyon dollar artıq məhsul ixrac edə bilərdimi, xarici borcumuz 20 milyard dolları ötərdimi, 25 milyard dollarlıq büdcə 11 milyard dollar həddinə düşərdimi? Neft insan kapitalına çevrilsəydi meəllim, həkim, elmi işçi 150-200 manatın girovu olardımı, 17000 tələbə təhsil haqqını ödəyə bilmədiyi üçün ali məktəblərdən qovulardımı, ölkə bütün parametrlər üzrə idxaldan asılı səviyyəyə düşərdimi? Əgər neft gəlirlərindən şəffaf və səmərəli istifadə olunubsa, təhsilimiz, səhiyyəmiz, iqtisadiyyatımız niyə şiksət vəziyyətdədir? Əgər “qara qızıl” insan kapitalına çevirlibsə, niyə insanlar qara gündə yaşayır?
Amma ölkə başçısının sözlərində həqiqət payı da var. Ynəi, neft gəlirlərli məmurlar, hökumət komandası arasında səmərəli bölünüb. Ona görə də ən xırda məmuru silkələyəndə cibindən 100 milyonlar tökülür. Yaxud, dünyanın hər yerindən AZərbaycan hakimyyəti ilə bağlı “qara kağız” gəlir. Məlm olur ki, dünyada nə qədər korrupsiyaya meylli siyasətçi varsa, hökumətimizin səxavətindən bəhrələnib. Hansı sənəd açılırsa, hökumətimizin çirkli əməkdaşlıqları üzə çıxır. Görünür, ofşor zonalarda at oynatmaq, dünyanın müxtəlif paytaxtlarında dəbdəbəli villalar tikdirmək, holdinqlər qurmaq “neftdən səmərəl iistifadə” sayılır. Bugün faktlarla sübut olunur ki, uzun illər ərəzində ölkəyə axan pullar hökumət tərəfindən oğurlanıb və Azərbaycna xalqı məqsədli şəkildə fəlaəkətə sürüklənib.
Bu faktdır ki, “qara qızıl” yalnız hökumət komandasına ağ günlər gətirdi və bir neçə ailə üçün səmərəli oldu. Deməli, neft milyardları insan kapitalına deyil, məmur kapitalına, prezident kapitalına çevrildi.
Heç kimə sirr deyil ki, neftdən gələn gəlirlər real iqtisadiyyata yatırılsaydı, dövlətin maraqlarına uyğun xərclənsəydi, bugün tamam fərqli Azərbaycanın şahidi olardıq. İlham Əliyev qulağa xoş gələn sözlər söyləyə bilər, amma fakt budur ki, büdcəni cərimələrlə, xalqın cibinə girməklə doldurmaq istəyirlər. Bütün dünya isə Azərbaycan hakimiyyətini oğru, korrupsioner, xalqının qənimi kimi tanıyır.
Bugün həbsxanada 100-dən artıq siyasi məhbusun olması da sübut edir ki, Azərbaycanda neft insan kapitalına çevrilməyib, insan zindan kapitalına çevrilib.
Xülasə, neftdən əldə olunan yüz milyardlar Azərbaycan xalqını bədbəxt etməyə sərf olunub. Hökumət isə cəhənnəm əzabı çəkən xalqa “sizə cənnət bəxş etdik” deməkdən çəknimir.
Akif
Oxunub: 742