İsrailin baş naziri Benyamin Netanyahunun haqqında davam edәn korrupsiya araşdırması çәrçivәsindә polisә 5-ci dәfә ifadә verdiyi bildirilir.
İsrail mәtbuatında yer alan xәbәrlәrә görә polis axşam saatlarında qәrbi Qüdsdәki baş nazirlik binasına gәlib vә Netanyahunu sorğu-sual edib.
Mövzuya dair İsrail polisindәn vә ya Netanyahunun ofisindәn hәr hansı bir açıqlama verilmәyib. Netanyahunun xanımı Sara Netanyahu da daha әvvәl korrupsiya araşdırması zamanı piolisә ifadә verib.
Qeyd edәk ki, Benyamin Netanyahu iş adamlarından qeyri-qanuni yolla pul almaqda, bir mediya sahibi ilә öz lehinә xәbәr yayımlamaq üçün pul bazarlığı etmәkdә vә Almaniyadan dәnizaltı gәmilәrin alınması zamanı korrupsiyaya yol vermәkdә ittiham olunur. Netanyahu bu ittihamların hamsını rәdd edir. İttihamlar öz tәsdiqini tapsa, Netanyahunun istefa vermәk mәcburiyyәtindә qalacağı bildirilir.
Azadliq.info
Oxunub: 28