“Azərbaycan, Misir, Türkiyə və Ukraynada hələ də inflyasiya ikirəqəmli həddədir”.
Bu barədə Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) noyabr ayı üçün yenilədiyi proqnoz hesabatında bildirilir.
“Bu ilin ilk 10 ayını ötən ilin eyni dövrü ilə müqayisə etsək, Azərbaycanda 13,9% inflyasiya qeydə alınıb, ümumi daxili məhsul (ÜDM) istehsalında 0,6% geriləmə baş verib. 2017-ci ilin ilk 8 ayında isə ölkəyə investisiya qoyuluşu azalıb. Bu ilin I yarısında Azərbaycanla yanaşı, Belarus, Misir və Ukraynada kreditləşmənin həcmi 0,4% artıb, amma bu ölkələr real kreditlərin həcmini əhəmiyyətli dərəcədə azaldıblar”, – deyə hesabatda qeyd edilib.
Oxunub: 334