Dünyada fəaliyyət göstərən Qida İnstitutlarının müəyyən etdiyi normalara görə bir insan il ərzində orta hesabla 10-12 kq təzə üzümlə, 1,8-2,0 kq quru üzümlə qidalanmalıdır.
Belə olan halda respublika əhalisinin təzə üzümə olan təlabatının ödənilməsi üçün ildə ən azı 170-180 min ton süfrə üzümü istehsal edilməlidir.
Statistik məlumata görə 2016-cı ildə respublikdada 160 min tondan artıq üzüm istehsal olunmuşdur. Azərbaycanda istehsal olunan üzümün 25-30%-ni (40-48 min ton) süfrə üzümü və 70-75%-ni texniki üzüm (112- 120 min ton) sortları təşkil edir. Belə olan halda süfrə üzümünə olan illik təlabatın təqribən 180 min ton olduğunu nəzərə alsaq, respublikada əlavə olaraq ən azı 132-140 min ton süfrə üzümü istehsal olunmalıdır ki, əhalinin təzə üzümə olan təlabatı ödənilsin (bu isə orta hesabla 14-15 min ha yeni süfrə üzüm sortlarından ibarət bağ deməkdir).
Azadliq.info
Oxunub: 96