“Azərbaycanda zəvvarlardan 250$ pul yığaraq Kərbəlaya Ərbəinə (imamın qırxına ) aparan Təvəkkül Həsənov adlı şəxs zəvvarların pulunu mənimsəyib”. Bu barədə hazırda Kərbəlada olan Amid Boradigahi özünün Facebook səhifəsində paylaşdığı statusunda deyir. Onun sözlərinə görə, Təvəkkül Həsənov Kərbəlaya apardığı zəvvarların nə otel pulunu, nə sürücülərin pulunu verib, nə də heç bir xidmət göstərmədən zəvvarları başsız qoyub.
Oxunub: 722