Rusiyanın neft hasilatı 2020-ci ilə qədər 12 mln. barel/günə çatacağı üçün onun OPEC+ anlaşmasını uzatmaq istəməməsi mümkündür.
Rusiya mətbuatı istinadən xəbər verir ki, bu açıqlamanı ABŞ-ın nüfuzlu “Citibank” investisiya bankı verib.
Bankdan bildirilib ki, OPEC+ anlaşması bitdikdə Rusiya azaltdığı 300 min barel/gün həcminin 95%-ni və ya 285 min barel/gün hissəsini tezliklə bərpa edə biləcək. Belə ki, Rusiya hasilatı əsasən yüksək məhsuldarlığı olan yataqlarda azaldıb. Azaldılan həcmin 170 min barel/gün hissəsi “Rosneft”ə aiddir.
Xatırladaq ki, noyabrın 15-də Moskvada Energetika Nazirliyində energetika şirkətlərinin top-menecerlərinin nazir Aleksandr Novakla görüşdən məyus çıxdıqları bildirilir. Görüşdən sonra açıqlama verən “Qazpromneft”in rəhbəri Aleksandr Dyukov qeyd edib ki, tam qərar alınmayıb: “Gələn həftə toplanıb bir daha neft sektorunun monitorinqi və müzakirələrinə davam edəcəyik”.
Oxunub: 228