Bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanda 186,2 min cüt ayaqqabı istehsal edilib.
Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, bu ilin 10 ayında istehsal edilən ayaqqabıların sayı ötən ilin müvafiq dövründən 35,1% az olub.
Oktyabr ayında ölkədə ayaqqabının qiymətində sentyabr ayına nisbətən 0,6% artım qeydə alınıb. Hesabat dövründə isə ayaqqabının qiyməti illik müqayisədə 18,2% artıb.
Azadliq.info
Oxunub: 152