Türkiyəli atlet Naim Süleymanoğlu bu gün vəfat edib
50 yaşlı türkiyəli ağır atlet müalicə aldığı xəstəxanada bu gün vəfat edib.
O, sirrozla bağlı qaraciyər köçürülməsinə ehtiyac yarandığından sentyabrın 28-dən Ataşəhər Memorial Xəstəxanasında müalicə alırdı. Oktyabrın 6-da ona bu xəstəxananın Orqan Nəqli Mərkəzində qaraciyər köçürülmüşdü. Noyabrın 11-də o, beyin qansızması səbəbilə əməliyyat olunmuşdu.
Naim Süleymanoğlu 23 yanvar 1967-ci ildə Bolqarıstanda doğulub.
Naim Süleymanoğlu 1992, 1996 və 2000 Yay Olimpiya Oyunlarının qızıl medalçısıdır. Naim Süleymanoğlu həmçinin Dünya Çempionatında 22 dəfə qızıl, 1 dəfə gümüş, 1 dəfə isə bürünc medal qazanıb.
azadliq.info
Oxunub: 708