Zimbabveni 1980-ci ildən idarə edən, dünyanın ən məşhur diktatorlarından biri olan Muqabe bu gün istefa verməyə məcbur oldu.
Bir həftə bundan əvvəl hərbçilər onun hakimiyyətdən devirib ev dustağı etdilər. Daha sonra hakim partiya onu və həyat yoldaşını partiyadan xaric etmək qərarı verdi. Hakimiyyətdən könüllü getmək çağırışları nəticəsiz qaldıqdan sonra Muqabeyə qarşı impiçment təklifi irəli sürüldü. Bu gün günortadan sonra Zimbabve parlamenti impiçminet proseduruna başladı. Bunu görən diktator Muqabe istefaya getmək qərarını açıqlayıb. Bu barədə məlumatı parlamentin sədri Yakob Mudenda verib.
Oxunub: 636