Banqladeşin Myanma ilə imzaladığı razılaşma təqiblərdən sonra ölkəni tərk etmiş yüz minlərlə rohinca müsəlmanının Myanmaya qaytarılmasını nəzərdə tutur.
Sənəd Myanmanın paytaxtı Naypyida şəhərində imzalanıb.
Myanma bildirir ki, rohincaları “mümkün qədər tez qəbul etməyə” hazırdır.
Yardım agentlikləri rohincaların təhlükəsizliyinə dair zəmanət olmadan məcburi qaytarılma ilə bağlı narahatlıq ifadə ediblər.
Avqust ayından başlayan zorakılıq dalğası ardınca Myanmanın Rakxayn ştatında yaşayan 600 mindən artıq rohinca Banqladeşə qaçıb.
Onların əksəriyyəti qaçqın düşərgələrinə yerləşdirilib.

Oxunub: 94