Keçmiş Yuqoslaviya üzrə Beynəlxalq Məhkəmə noyabrın 22-si Haaqada serb general Ratko Mladiçə hökm oxuyub. General ömürlük həbsə məhkum olunub.
Novator.az bildirir ki, Ratko Mladiç 1992-1995-ci illərdə Bosniya və Herseqovinadakı serb hərbi qüvvələrinə komandanlıq edib. 2011-ci ildə həbs edilən general soyqırımında, insanlıq əleyhinə cinayətlərdə, müharibə qanun və qaydalarını pozmaqda ittiham olunub.
Məhkəmə prosesi 2012-ci il mayın 16-dan aparılıb.
Ratko Mladiçin 74 yaşı var. 1995-ci ilin iyulunda onun başçılıq etdiyi silahlı qüvvələr Srebrenitsa kəndində 7 mindən çox müsəlmanı qətlə yetirib.
Oxunub: 846