Vahid Əhmədov: “Ötən il 11,5 milyard dollar vəsait olub. İndi də 8 milyard dövriyyədə pul qalıb. Bu 3,7 milyard manat dövriyyədən çıxıb. Hanı bu pullar?
“40 minə qədər insan əmanətini ala bilmir”
“Azərbaycanda qiymət siyasəti yoxdur. İqtisadiyyat Nazirliyinin müvafiq departamenti tərəfindən müəyyən işlər görülür. Qurum qiymətlərin müəyyən mənada sabitləşdirilməsinə çalışır. Amma nəticə yoxdur”. Millət vəkili, Milli Məclisin İstisadi diyasət və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədovun sözlərinə görə, bunun səbəbləri araşdırılmalıdır: “Neftin qiymətini büdcədə 45 dollardan götürmüşük. Bu il ərzində neftin qiyməti orta hesabla 50-55 dollar olub. Bundan başqa,
idxal-ixrac əməliyyatları üzrə müsbət saldo var. Bəs niyə qiymətlər dəyişmir? İnflyasiyanın səviyyəsi 13-14%-dir. Elman müəllim deyir ki, xaricdən inflyasiya idxal edirik. Yaxşı, bəs daxildə bu inflyasiyanı Azərbaycana kim idxal edir? Yağın qiyməti ilə əlaqədar cənab prezidenti guya inandırdılar ki, gömrük rüsumunu azaltmaqla yağın qiymətini azalda bilərik. Hanı bəs yağın qiyməti aşağı düşdü? Mən dünən uşaqlarımı göndərmişəm gedib marketdə baxıblar, amma yenə eyni qiymətdir. Yağın qiyməti yenə 18, 20, 24 manat arasında dəyişir”. Deputat Elman Rüstəmovun Azərbaycanda pul qıtlığının olmaması ilə bağlı açıqlamasına da münasibət bildirib: “Ötən il 11,5 milyard dollar vəsait olub. İndi də 8 milyard dövriyyədə pul qalıb. Bu 3,7 milyard manat dövriyyədən çıxıb. Hanı bu pullar? Ölkə iqtisadiyyatı 2017-ci ildə geriləyib. Bunun da səbəbi pul kütləsinin azlığıdır. “Bank Standard”ı bağladılar. Bu gün 40 minə qədər insan küçədədir. Onlar əmanətini ala bilmir.
Bank sistemi ölkədə dağılır. Niyə camaatın pulunu vermirlər? Özü də bu nə siyasətdir ki, durub bankları bağlayırlar. Ondansa biz onların təmərküzləşməsinin tərəfdarıyıq”(olaylar).
Oxunub: 616