Azərbaycan Mərkəzi Bankı ləğv prosesində olan “Bank Standard” QSC-nin Kreditorlar Komitəsinin sədri Əkrəm Həsənovun 2013-2016-cı illərdə Bankda audit aparılmaması barədə ittihamlarına münasibət bildirib.
Qurumun sədr müavini Alim Quliyev açıqlamasında “Bank Standard”ın nəzarətdən kənarda qalmasını sahibkarlıq subyektlərində yoxlamaların dayandırılması ilə izah edib: “Prezidentin sərəncamı ilə 2014-cü ildən yoxlamalar dayandırılmışdı. Ona görə də audit olmayıb”.
“Bank Standard”dan kreditlərin 41%-nin 0%-lə verilməsinə gəlincə isə A.Quliyev bu fikrə münasibət bildirməkdən imtina edib.
Oxunub: 262