İşdən çıxarılan FİAU (Maltanın Maliyyə Kəşfiyyatı İdarəsi) əməkdaşları Pilatus sənədlərinin Azərbaycanla bağlı məqamlarını açıqlamağa söz veriblər
Jonathan Ferris Londonun “The Times” qəzetinə bildirib ki, “mən həqiqətən dövlətə ziyan vuran bu məlumatı əldə etmək üçün işin içində olan siyasətçilərə və digər hökumət rəsmilərinə qarşı mübarizə aparacağam”
İşdən çıxarılmış FİAU tədqiqatçısı Jonathan Ferris “Pilatus Bank” tərəfindən imkanlı azərbaycanlılar üçün milyonlarla avronun əməliyyatdan keçdiyinə dair sənədlər hazırlayacağını iddia edir.
Ferri FİAU-dan işdən çıxarıldıqdan sonra Sənaye Məhkəməsində ilkin mərhələdə olan iddiasının əsasında ədalətsiz işdən azad edildiyi faktının dayandığını düşünür. Lakin Baş Prokuror Ferrisin FİAU-nun gizli tələblərinə görə hələ köhnə işçilərə aid gizlilik tələblərinə bağlı olduğunu və onun FİAU-nın gizli məlumatlarını məhkəməyə təqdim etməsinin “qeyri-qanuni və pozuntu” olduğunu iddia edir.
Londonun “The Times” qəzetinə açıqlama verən keçmiş polis müfəttişi, indi bir otelin təhlükəsizlik müdiri işləyən Ferris iddia edir ki, hökumət Maltanın Azərbaycanın hakim klanı ilə sirli əlaqələri ilə bağlı əlavə ittihamların yayılmasını dayandırmağa çalışır.
44 yaşlı Ferris “mən həqiqətən dövlətə ziyan vuran bu məlumatı əldə etmək üçün işin içində olan siyasətçilərə və digər hökumət rəsmilərinə qarşı mübarizə aparacağam” deyir.
Baş prokuror onun ədalətsiz işdən çıxarılma iddiasının bağlı qapılar arxasında saxlanmasını istəyir.
Dafna Caruana Galiziaya sui-qəsdin ardından etiraz aksiyası təşkil edən “Vətəndaş Cəmiyyət Təşkilatı” maliyyə naziri Edward Sciclunanın FİAU-dan Ferris və Charles Croninin işdən çıxarılmasında iştirak etməsinə açıqlama gətirməli olduğunu söyləyib.
Scicluna ictimaiyyətə açıqlamışdı ki, FİAU-nın bəzi hesabatları və bitməmiş tədqiqatından çıxarışlar mətbuata sızdırılmaq niyyəti ilə yazılmışdır. FİAU-nın idarə heyətini Maliyyə Nazirliyi təyin edir və CSN onun rəhbəri Baş Peter Grechin istefasını istəmişdr.
CSN Sciclunanın 2017-ci il seçkisindən sonra iki nəfərin vəzifədən uzaqlaşdırılmasında hər hansı iştirakı olub- olmadığını bəyan etməsinin önəmli olduğunu bildirib. “Maltalılar öz qurumlarının həqiqətən ümumi maraqlara uyğun olduğunu, Komissar Maykl Cassar və Dr Manfred Qoldesin istefası, o cümlədən Jonathan Ferris və Charles Croninin işdən uzaqlaşdırılması ilə əlaqədar həqiqəti bilməyə layiqdirlər.”
Qeyd etmək lazımdır ki, Pilatus bankın depozitlərinin 60 faizi Heydərova, Leyla və Heydər Əliyevə məxsusdur. Bu faktı öldürülən jurnalist Dafne Galiziya aşkara çıxarmışdı.
Oxunub: 620