Yalçın İmanovun vəkillik fəaliyyətinin dayandırılması ilə bağlı keçirilən iclasın stenoqramını oxudum.
Son cümləni bitirər-bitirməz içimdən belə bir fikri keçdi. Maşallah, Aydın Axundovu geri, 37-ci illərə apara bilsəydik, yəqin ki, indi Mikoyanla yanaşı əyləşib təşəxxüs sata-sata qarşısındakı adamların güllələnmə hökmünə bir “ağayana(?) imza edərdi.
Halal olsun…
Aydın Axundovun internetdən fotolarına baxdım. Yalçın İmanova “güzgüdə özünə baxmısan, bilirsən nə vəziyyətdəsən?” deyən bu adam bu günün deyil, tarixin pəncərəsindən özünə baxa bilsəydi nə görərdi əcaba?!
Mən nə gördüyümü demək istəmirəm, tək onu deyə bilərəm ki, bu gün Aydın Axundovun özünə rəva görüb həvəslə çəkdiyi tablonun çalarları insanın ürəyini vurur.
O iclasda iştirak etmiş başqa bir vəkil(?) Azər Quliyevin fikrincə, işgəncələrlə bağlı məlumatlar konfidensial məlumatlardır, onu heç kim yaya bilməz.
Azər Quliyevin müdafiə etdiyi adamların yaxınları yaxşı olar ki, ayıq olsunlar. Bir gün yaxınlarınıza həbsxanada işgəncə verib döysələr, onu açıqlamayacaq ki, olmaz. Məndən deməsi, bilin ki, taleyinizi kimə həvalə etmisiniz…
Hələ Anar Bağırov lap irəli gedib və iddia edib ki, Vəkillər Kollegoyasının nüfuzuna xələl gətirilib.)))
Anar Bağırov, siz hansı nüfuzdan danışısınız? Bu ölkədə vəkillik institutunu məhv edib yerinə qurduğunuz “dəllalıq institutunu” deyirsinizsə, vallah, onun heç bir nüfuzu yoxdu. İnsanlar vəkili ona görə tutmur ki, haqları müdafiə olunsun, ona görə tutur ki, vermək istədiyi rüşvəti dəllal-vəkilin vasitəsi ilə hakimə ötürə bilsin.
Ona görə bu nüfuz məsələsinin üstündə çox durmayın. Vallah, tam səmimi deyirəm, gülünc görünür…
Lap Səyavuş Novruzovun danışdığı inkişaf nağılları qədər…)
Hə, iclasda bir də Muxtar Mustafayev varmış…
“Mən də varam” haliyla)) irad bildirib ki, niyə dövlət orqanlarının araşdırmasına imkan verilməyib.
Verilib… Hətta Yalçın İmanov bu faktla bağlı məhkəməyə də müraciət etmişdi. Amma araşdıran olmadı.
Bir də elə dövlət orqanlarından biri də siz, araşdırın kim haqlı, kim haqsız?
Orda olan xanım vəkil İradə Cavadovayasa ayrıca və böyük təşəkkür düşür.
Nə yaxşı ki, varsınız!
Bir sözlə, o iclasın stenoqramını oxuduqdan sonra yadıma bilirsiniz nə düşdü?
Məhşur “Çippolino” cizgi filmindəki kök, tox halı ilə əlini belə qaldırmağa ərinən hakimlərin qurduğu məhkəmələr…
Ehhh…Soğan qədər də olmadınız.
Yazı müəllifin Facebook səhifəsindən götürülüb
Oxunub: 670