Zümrüd Yağmur
Bu ölkənin tarixində çox qanlı hadisələr olub.
Müasir dövrün ən qanlı hadisələrisə, 20 yanvar, Xocalı faciəsi sayılır.
Bu səhifələrdən birini Rus ordusu yazıb. Digərini ermənilər…
Başqa bir qanlı hadisə də var. 26 noyabr Nardaran hadisəsi…
Və bu qanlı hadisəni nə yadelli edib, nə də torpaq iddiasında olanlar…
Bu hadisəni əbədi iqtidar iddiasında olanlar törədib.
YAP rejimi… Demək ki, bir ölkənin tarixində təkçə yadelli və ya düşmən saydığımız deyil, hər şeyə rəğmən özümüzdən hesab etdiklərimiz də eynən düşmən kimi davranıb qanlı hadisələr törədə bilərmişlər. Biz o günə qədər, 20 ilə yaxın hakimiyyətləri dönəmində çox bəlalar törətsələr də, yenə də inanmamışdıq ki, bir hakimiyyət terror donu geyindirə bilsin deyə öz polisini belə qətlə yetirə bilər. İnanmamışdıq ki, öz vətəndaşını güllələyib sonra da yaralı adama işgəncə edə bilər. inanmamışdıq ki, dindara mənəvi içgəncə olsun deyə yaralı halda sinəsinin üstünə çıxıb spirtli içki içirə bilər.
İnanmamışdıq…
Amma bütün bunların hamısı olmuşdu…
Bizim hakimiyyət hərisliyinin insan xislətindn yarada biləcəyi qorxunc və hüdudusuz azğınlıqlar haqqındakı təsəvvürlərimiz o günə qədər sən demə, çox “bəsitmiş”…
***
Nardaran hadisələrini ilk sosial şəbəkələrdən duyduq. Hamı çaşğınlıq içində idi. Həmin gün heç tərəddüd etmədən yazı yazıb paylaşdım Facebook profilimdə və bildirdim ki, illərdir bu xalqa utanmadan yalan danışan bir iqtidarın dediklərinə inanmaq olmaz…
Sonra bir aydan az vaxt keçdi və Fuad Qəhrəmanlı yazdığı statuslara görə dekabr ayının 8 də həbs olundu. Sən demə, o yazdığı statuslarla Tale Bağırzadəyə dəstək verib dövlət çevrilişi etmək istəyirmiş.
Bir an belə şübhə etmədiyim həqiqətəsə çatmağa hələ vaxt vardı.
Soyuq noyabr da, dekabr da geridə qaldı.
Yay başladı və iyun ayının 19- da Ağır Cinayətlər məhkəməsində ölkədə ədalətin dara çəkilməsi üçün növbəti məhkəmə başladı.
Düz altı ay davam etdi…
O gündən hər həftənin 3 günü təkçə ölkədə deyil, həm də dünyanın bir cox yerində Nardaran hadisələri və işgəncələrlə bağlı gerçəkliklərin xronikası dinlənilməyə başladı.
***
O məhkəmə iclaslarında övladlarının, yaxınlarımız, əzizlərimizin başına açılan oyunları, işgəncələri, qeyri- insanı rəftarı dinlədikcə hamımız dik durduq, ağlamadıq, amma bəzən barmaqlarımızı bir- birinə kilitləndi, bəzən də bir- birimizə baxıb gözlərimizdə yuva salmış dəhşətdən özümüzü , qəlbimizdəki insanlığı qorumaq istədik.
Çünki el arasında adına “Bandotdel” deyilən idarədə baş verənlər insanı insan olmaqdan utandırırdı. İşgəncələr, yalan və vəhşətin boğaza dayandığı idarənin işçilərinin güya zərərçəkmiş qismində dindirildiyi zaman üzlərində daşlaşmış o müdhiş ifadələri seyr etdikcə insanın icindən bir “ah” qalxırdi və hər dəfə o məhkəmələrdən çıxıb evə qayıdanda sanki ulu Nəsiminin ruhu ilə danışırmış kimi hiss edirdim özümü… Ustada sual verirdim, “necə olur axı, sənin dərini soyan, indi günahsız insanlara bu dəhşətli içgəncələri verənlərdimi yer üzünün əşrəfləri?”
İki İnsan faktorunun içimdə yaratdığı qarmaşada gerçəyi axtarırdm.
Tanrım, insan olan hansı?
O dəmir barmaqlıqlar arasında mücadilə edən, işgəncələrə məruz qalıb istənilən ifadələri verməyən Tale Bağırzadə idi İnsan, yoxsa məhkumlara işgəcə edib bütün bunlardan sonra o qana bulaşmış əlləri ilə övladlarının başını oxşayan, bəlkə də sevdiyi bir qadına aldığa çiçəklərə sığal çəkən o idarənin içşiləri?!
***
Bilmirəm, bu gün də o məhkəmədə üzü-üzə dayanmış iki insan faktorunun hansının gerçək insanlıq olduğunu bilmirəm. Bəlkə də hər ikisi insandı, hər halı ilə…
Tək bildiyim o ki, mən dəmir barmaqlıqlar arasında olan, azadlıqdan məhrum edilmiş, amma insanlığı özünə libas etmiş 18 nəfərin içində gəzdirdikləri insanlığın İnsana aid olduğuna inanmaq istəyirəm… Başqa insanlığı rədd edirəm…
Bəlkə də aldanıram… Belədirsə də, qoy olsun, mən bundan sonra da şüurlu şəkildə aldanmağı seçirəm.
Yazı müəllifin feysbuk səhifəsindən götürülüb.
Oxunub: 352