İqtisadçı-ekspert Vahid Məhərrəmov
Azərbaycan Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzv olmaq istəyini əks etdirən ərizəni hələ 23 iyun 1997-ci ildə təqdim etmişdir. Guya Azərbaycan hökuməti 20 ildir ki, ÜTT-yə üzvlük prosesi ilə bağlı ikitərəfli, çoxtərəfli danışıqlar aparır. Guya 20 ildir ki, hakimiyyət milli qanunvericiliyin ÜTT-nin müvafiq Sazişlərinin tələblərinə uyğunlaşdırılması istiqamətində işləri davam etdirir. Digər ölkələr isə danışıqları 2-3 ilə başa çatdırıb ÜTT-yə üzv ola biliblər. Qonşu Gürcüstan 2000-ci ildən, Ermənistan isə 2003-cü ildən ÜTT-nin üzvüdür. Azərbaycan hakimiyyəti 20 ildir ki, guya bu işin öhdəsindən gələ bilmir. 20 ildir ki, oyun oynayırlar. Dünya ölkələrinin əksəriyyəti, 164 ölkə Ümümdünya Ticarət Təşkilatının üzvüdür. Onu da qeyd etməliyəm ki, əlbəttə inteqrasiya prosesi bəzi hallarda risklərlə, itkilərlə də müşahidə olunur. Lakin bütün hallarda risklərin qiymətləndirilməsi və idarə edilməsi potensial itkilərin minimuma endirilməsi hökumətin çevik fəaliyyətindən aslıdır.
Ümümdünya Ticarət Təşkilatı haqqında hakimiyyətin nə deməsindən fərqli olaraq, əksər ölkələrin ÜTT-yə üzvlüyünün təhlili göstərir ki, bu təşkilata qoşulan ölkələrin xarici iqtisadi inteqrasiyası güclənir, ixrac potensialı artır, yeni texnologiyanın əldə olunması və tətbiqi sayəsində ölkə daxilində rəqabətqabiliyyətli mal, məhsul istehsal etmək imkanı yaranır, haqsız rəqabət və inhisarçılıq sıxışdırılaraq aradan çıxarılır, mal və məhsulların qiymətləri stabil diapazonda dəyişir.
Oxunub: 280