Vergilər Nazirıiyi “Neftchala Fish Factory” MMC-ni dövlət qeydiyyatına alıb.
Bu barədə Vergilər Nazirliyinin “Vergilər” qəzetinin xüsusi buraxılışında məlumat verilib.
Məlumata görə, yeni müəssisə “PAŞA Holdinq” MMC ilə eyni hüquqi ünvanda – Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər, 153-də qeydiyyatdan keçib.
Onun nizamnamə kapitalı 310 min manat, qanuni təmsilçisi Nəriman Həsən oğlu Sərdarlıdır.
Qeyd edək ki, Nəriman Sərdarlı 2010-cu ildən etibarən “PAŞA Bank” ASC-nin Müşahidə Şurasının üzvüdür.
Oxunub: 512